Azərbaycanda yeni quşçuluq müəssisəsi fəaliyyətə başlayır

Azərbaycanda yeni quşçuluq müəssisəsi fəaliyyətə başlayır
# 07 yanvar 2011 09:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bakının Zirə qəsəbəsində əsas hissəsi Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondundan (SKMF) alınmış 1,8 mln. manat güzəştli kredit hesabına olmaqla inşa edilmiş, yüksək texnologiyaya əsaslanan, Hollandiya, Türkiyə və İtaliya istehsalı olan müasir avadanlıqlarla təchiz edilmiş, damazlıq yumurta istehsalı ilə məşğul olan yeni quşçuluq müəssisəsi fəaliyyətə başlayır.

APA-Economics”in məlumatına görə, artıq müəssisəyə İngiltərədən 90 min baş damazlıq cücə gətirilib.

Bu ilin ikinci yarısından etibarən müəssisədə il ərzində 25-30 mln. ədəd damazlıq yumurta istehsalı mümkün olacaq. İstehsal edilən məhsul ölkənin quşçuluq təsərrüfatının tələbatının ödənilməsinə yönəldiləcək, həmçinin xarici bazarlara çıxarılacaq. Ümumi dəyəri 4,2 mln. manat olan layihənin icrası nəticəsində yeni 108 iş yerinin açılması gözlənilir.

Qeyd edək ki, hazırda ölkədə bu istiqamətdə güzəştli qaydada maliyyələşdirilən 12 irihəcmli investisiya layihəsinin həyata keçirilməsi nəticəsində hər il əlavə olaraq ölkədə 60 mln. ədəd damazlıq yumurta və 16 min ton quş ətinin istehsalı nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR