Bank Of Baku

Azərbaycan damazlıq yumurta ixrac edəcək

Azərbaycan damazlıq yumurta ixrac edəcək
# 07 yanvar 2011 13:37 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bakının Zirə qəsəbəsində damazlıq yumurta istehsalı ilə məşğul olan “Xəmsə” MMC yeni quşçuluq müəssisəsi xaricə damazlıq yumurta ixrac etmək niyyətindədir. “APA-Economics”in məlumatına görə, bunu müəssisənin direktoru Mürvət Həsənli bildirib.

Onun sözlərinə görə, artıq müəssisəyə 90 min damazlıq cücə gətirilib: «Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən aldığımız güzəştli kredit hesabına biz daha 60 min ədəd damazlıq cücə gətirmişik».

M.Həsənli onu da bildirib ki, əvvəllər müəssisəyə damazlıq yumurtalar Türkiyə, İran və Rusiya kimi ölkələrdən gətirilirdi. Lakin yerli istehsal daha ucuz başa gəldiyindən «Xəmsə» MMC damazlıq yumurta idxalından imtina edərək Böyük Britaniyadan damazlıq cücə gətirib: «Əgər əvvəllər biz idxal etdiyimiz damazlıq yumurtaları burada inqubasiya edib cücə şəklində yerli bazara satırdıqsa, artıq həmin yumurtalar burada istehsal olunur. Ümumiyyətlə, bizim məqsəd sağlam cücə istehsal etmək, yerli bazarı təmin edib xarici bazarlara çıxmaqdır».

Müəssisənin rəhbəri onu da bildirib ki, «Xəmsə» MMC-də 2011-2012-ci illərdə yumurta istehsalı ildə 30 mln. ədəd çatacaq.

Qeyd edək ki, «Xəmsə» MMC SKMF-dan 1,8 mln. manat məbləğində güzəştli kredit alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR