Bank Of Baku

Azərbaycanda pitsa üçün standartlar təsdiqlənib

Azərbaycanda pitsa üçün standartlar təsdiqlənib
# 10 yanvar 2011 09:28 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanda bəzi ərzaq məhsulları ilə bağlı yeni standartlar təsdiqlənib. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi «Təkərli kənd təsərrüfatı traktorları», «Quş əti və əlavə quş əti məhsullarından hazırlanan yarımfabrikatlar», «Pitsa üçün yarımfabrikat» dövlət standartlarını təsdiqləyib.

Komitədən «APA-Economics»ə verilən məlumata görə, «Pitsa üçün yarımfabrikat» standartları pərakəndə ticarət və ictimai iaşə şəbəkəsinə satılması nəzərdə tutulan və qısa müddətə hazırlanan pitsa üçün yarımfabrikata şamil edilir.

Standartlara əsasən, pitsa üçün yarımfabrikat xalis kütləsi 1 kq-dan çox olmamaqla kartondan hazırlanmış qutulara termiki üsulla yapışdırılan və Səhiyyə Nazirliyi tərəfindən istifadəsinə icazə verilən materiallardan hazırlanmış paketlərə qablaşdırılmalıdır.

Yarımfabrikatların üstündə istehsalçı müəssisənin adı, ünvanı, məhsulun tərkibi, əsas komponentləri, hazırlandığı tarix və saat, saxlama şəraiti, satış müddəti və s. göstərilməlidir. Standarta görə, soyudulmuş yarmfabrikat +2-6 temperaturda 24 saat, dondurulmuş yarımfabrikat -18 temperaturda 30 gün saxlana bilər.

«Quş əti və əlavə quş əti məhsullarından hazırlanan yarımfabrikatlar» standartlarına görə, isə bu məhsulların da üzərində istehsalçı müəssisənin adı, ünvanı, məhsulun tərkibi, buradakı qida əlavələri, boya maddələri, konservantlar daxil olmaqla tərkibi, saxlama şəraiti və satış müddətləri göstərilməlidir.

«Təkərli kənd təsərrüfatı traktorları» standartı isə texniki xarakterlidir və əsasən istehsalçı müəssisələrə aiddir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR