Bank Of Baku

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri dekabrda 1,7% bahalaşıb

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri dekabrda 1,7% bahalaşıb
# 21 yanvar 2011 07:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Ötən ilin dekabr ayında Azərbaycanda bitkiçilik və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,7% bahalaşıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, birillik və ikiillik bitkilərdən buğdanın istehsalçı qiymətləri 0,9%, qarğıdalının 0,1%, arpanın 6,1%, kələmin 3,1%, göyərtinin 5,3%, xiyarın 0,4%, qırmızı turpun 2,8%, sarımsağın 0,4%, göy soğanın 0,2%, kartofun 2,2%, quru otun 1,8%, yoncanın istehsalçı qiymətləri 8,5% bahalaşıb, yaşıl paxlalı tərəvəzlərin istehsalçı qiymətləri isə 1,2% ucuzlaşıb.

Ötən ay çoxillik bitkilərdən xurmanın istehsalçı qiymətləri 1%, narın 3,6%, feyxoanın 2%, əzgilin 1,9%, naringinin 3,7%, almanın 4,4%, armudun 3,9%, şabalıdın 11,2%, fındığın 12,2%, qozun istehsalçı qiymətləri 3,4% bahalaşıb, limonun 0,4%, ağac və kol tinglərinin istehsalçı qiymətləri isə 0,2% ucuzlaşıb.

Diri heyvanlar və heyvandarlıq məhsullarından iri-buynuzlu mal-qaranın istehsalçı qiymətləri 0,7%, inək südünün 0,1%, camış südünün 2%, quzunun 0,1%, qoyun südünün 1,5%, qoyun ətinin (diri çəkidə) 1,6%, hind toyuğunun 1,8%, yumurtanın 9,5%, quş ətinin (diri çəkidə) 3,1%, təbii balın qiymətləri 1,1% bahalaşıb, donuz ətinin (diri çəkidə) 6,7%, diri qazların istehsalçı qiymətləri isə 2,7% ucuzlaşıb.

Ay ərzində meşə təsərrüfatı məhsullarından yanacaq oduncağının istehsalçı qiymətləri 0,2%, balıq və sair balıqçılıq məhsullarından isə diri balığın qiymətlərində 0,8% bahalaşma müşahidə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR