Bank Of Baku

Azərbaycan Sahibkarlar Konfederasiyası daha iki layihədə iştirak edəcək

Azərbaycan Sahibkarlar Konfederasiyası daha iki layihədə iştirak edəcək
# 26 yanvar 2011 12:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) baş katibi Məhəmmədəli Əfəndiyev və şöbə müdiri vəzifəsini icra edən Emil Əliyevdən ibarət nümayəndə heyəti Qafqaz Layihəsi çərçivəsində Bonnda (Almaniya) keçirilən təlim turunda iştirak edib.

ASK-dan «APA-Economics»ə verilən məlumata görə, ASK ilə Almaniyanın «Bildunswerk Der Wirtschaft» institutu arasında bağlanmış layihə üzrə sazişin yerinə yetirilməsi vəziyyəti geniş təhlil olunaraq onun növbəti 3 il üçün uzadılması və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Nümayəndə heyəti Layihə üzrə əsas sifarişçi təşkilat olan Almaniyanın «Sequa» təşkilatında olub. Layihə üzrə sazişdə nəzərdə tutulmuş indikatorların yerinə yetirilməsi barədə M.Əfəndiyev tərəfindən geniş məruzə edilib və qeyd olunub ki, ASK tərəfindən layihədə nəzərdə tutulmuş bütün indikatorlar yerinə yetirilib.

İclasda həmçinin Almaniyanın eksperti tərəfindən «Almaniyada təhsil göstəriciləri və İşəgötürənlər tərəfindən Texniki Peşə Təhsilinin təşkili» mövzusunda geniş təqdimat keçirilib. Təqdimatdan sonra ölkələrdə bu sahədə mövcud vəziyyət və problemlər müzakirə edilib və qeyd olunub ki, ASK bu sahədə də bir çox işlər həyata keçirib.

Bundan başqa, «Sequa»da «Şərq Tərəfdaşlığı» Layihəsi müzakirə olunub və bildirilib ki, Layihənin 84 partnyoru artıq təsdiq edilib. Azərbaycan tərəfindən bu partnyorlar arasında ASK, Azərbaycan Ticarət və Sənaye Palatası və Alman-Azərbaycan Cəmiyyəti də mövcuddur. Bu layihə çərçivəsində nəzərdə tutulmuş işlər və hər bir təşkilatın funksiyaları geniş müzakirə edilib.

Daha sonra nümayəndə heyəti Almaniyanın İqtisadi Əməkdaşlıq və İnkişaf üzrə Federal Nazirliyində qəbulda olub. Nazirliyin nümayəndəsinə ASK haqqında geniş məlumat verilib. Layihənin əhəmiyyətindən və ASK-ya verdiyi səmərədən danışan M.Əfəndiyev bu layihənin daha 3 il uzadılmasının əhəmiyyətindən danışıb. Nazirlikdə və «Sequa» təşkilatında layihənin müddətinin daha 3 il uzadılması və ASK-nın da layihədə iştirakı məqbul hesab olunub.

İclasın sonunda ASK və Almaniya institutu arasında nəzərdə tutulmuş gələcək planlar müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR