Bank Of Baku

Azərbaycan parlamenti aqrar sahədə yeni qanunlar qəbul etməyə hazırlaşır

Azərbaycan parlamenti aqrar sahədə yeni qanunlar qəbul etməyə hazırlaşır
# 26 yanvar 2011 15:08 (UTC +04:00)
Bakı – APA. Bu gün keçirilən Milli Məclisin aqrar siyasət komitəsinin iclasında komitənin 2010-cu il payız sessiyasındakı fəaliyyətinin yekunları və 2011-ci il yaz sessiyasının qanunvericilik işləri planı müzakirə olunub.

APA-nın məlumatına görə, komitənin sədri Eldar İbrahimov bildirib ki, hesabat dövründə komitədə 7 məsələyə, o cümlədən 5 qanun layihəsinə baxılıb. Komitə 2011-ci ilin yaz sessiyasında «Kənd təsərrüfatı kooperasiyası haqqında» və «Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında» yeni qanun layihələrini müzakirə etmək niyyətindədir.

«Kənd təsərrüfatı kooperasiyası haqqında» qanun ölkədə kənd təsərrüfatı kooperasiyası sistemini təşkil edən kənd təsərrüfatı kooperativlərinin və onların ittifaqlarının (assosiasiyalarının) yaradılması və fəaliyyətinin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edəcək, kooperasiya prosesində yaranan münasibətləri tənzimləyəcək. Burada əsas məqsədlərdən biri kooperativlər hesabına kənd təsərrüfatının inkişafını daha da sürətləndirmək, məhsuldarlıq səviyyəsini yüksəltməkdir.

Həmçinin, toplantıda «Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında» qanunun bütün dünyanın diqqətində olduğu vurğulanıb. Layihə rəy alınması üçün artıq elmi tədqiqat institutlarına göndərilib.

İclasda aqrar sahədəki mövcud qanunvericilik bazası da müzakirə olunub. Bu sahənin hüquqi bazasının daha da təkmilləşdirilməsi, yeni qanun layihələrinin qəbulu ilə bağlı tələbatın öyrənilməsi məqsədi ilə alimlərin, mütəxəssislərin, əlaqədar qurumların əməkdaşlarının iştirakı ilə geniş müzakirələrin aparılması nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR