Bank Of Baku

Hollandiya alimləri ev heyvanlarının ətini həşəratların əti ilə əvəzləməyi təklif edir

Hollandiya alimləri ev heyvanlarının ətini həşəratların əti ilə əvəzləməyi təklif edir
# 01 fevral 2011 14:03 (UTC +04:00)
Bakı - APA-Economics. Hollandiya alimləri dünyada gözlənilən ərzaq böhranından çıxış yolu kimi alternativ yol tapdıqlarını bəyan ediblər.

APA-Economics”in xəbərinə görə, onlar ev heyvanlarının ətini həşəratların əti ilə əvəzləməyi təklif edirlər.

Alimlərin dediyinə görə, bununla həm ərzaq böhranının qarşısı alınacaq, həm də atmosferə atılan karbon qazının həcmi azalacaq.

Belə ki, aparılan tədqiqatlar nəticəsində həşəratların ev heyvanlarından dəfələrlə az miqdarda karbon qazı istehsal etdiyi müəyyənləşib. Həmçinin həşəratların ətindən insan bədəninə daxil olan zülallar ekoloji baxımdan ev heyvanlarının ətinə nisbətən daha təmizdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR