Bank Of Baku

BMT: Ərzaq məhsullarının qiyməti tarixi maksimuma çatıb

BMT: Ərzaq məhsullarının qiyməti tarixi maksimuma çatıb
# 04 fevral 2011 09:17 (UTC +04:00)
Bakı - APA-Economics. Bu ilin yanvar ayında dünyada ərzaq məhsullarının qiyməti tarixi maksimuma çatıb.

APA-Economics”in xəbərinə görə, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) açıqlama yayıb.

Açıqlamada bildirilir ki, ərzaq indeksi artıq yeddinci aydır artmaqda davam edir. Yanvarda bu indeks 3,4% artaraq 231 bənd təşkil edib. Bu, 1990-cı ildə BMT-nin dünyada ərzaq məhsullarının qiymətini müşahidə etməyə başlamasından sonra maksimal həddir.

Yanvar ayında taxıl məhsulları 3%, yağ əldə olunan bitkilər 5,6%, süd məhsulları 6,2%, şəkər 5,4% bahalaşıb. Yalnız ətin qiymətində dəyişiklik müşahidə olunmayıb. Buna Almaniya baş verən “dioksin qalmaqalı” səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR