Bank Of Baku

Azərbaycanda bəzi kənd təsərrüfatı sahələrinə ayrılan kreditlərin həcmi və müddətinin artırılması ilə bağlı təkliflər hazırlanacaq

Azərbaycanda bəzi kənd təsərrüfatı sahələrinə ayrılan kreditlərin həcmi və müddətinin artırılması ilə bağlı təkliflər hazırlanacaq
# 04 fevral 2011 09:42 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu «Aqrarkredit»in İdarə Heyətinin sədri Məmməd Musayev bildirib.

M.Musayevin sözlərinə görə, təkliflərdə ölkənin üzümçülük, çayçılıq və bağçılıq sahələrinə ayrılan kreditlərin həcmi və müddətinin artırılması, həmçinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən kənd təsərrüfatı sahəsinə ayrılan kreditlərin həcminin 5 mln. manatdan 7-8 mln. manatadək artırılması məsələləri əksini tapacaq.

«SKMF tərəfindən sahibkarlara bu sahələrin inkişafı üçün 4 mlın. manata yaxın kredit ayrılıb. Lakin hazırda fond tərəfindən bir sahibkar üçün təklif olunan kreditin maksimum həcmi 15 min manat, müddəti isə 2 ildir. Qeyd edim ki, təkcə çayçılıq və üzümçülük sahəsinin özünü doğrultması üçün 7-8 il vaxt tələb olunur. Bu baxımdan, verilən kreditlərin müddətinin ən azı 5 ilədək artırılması ilə yanaşı, kreditlərin həcminin artırılmasına da ehtiyac var».

M.Musayev bildirib ki, hazırlanacaq təkliflərin bu il ərzində reallaşacağı gözlənilir.

Xatırladaq ki, təsisçisi Azərbaycan Maliyyə Nazirliyi (99,98%), «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkəti və digər dövlət təşkilatları olan «Aqrarkredit» qeyri-bank təşkilatı 2001-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə təşkilatın aktivləri 26,6 mln. manat, kredit portfeli 16,9 mln. manat, məcmu kapitalı 13,8 mln. manat, o cümlədən nizamnamə kapitalı 18,5 mln. manat təşkil edib. Hazırda qurumun ölkə üzrə 12 filialı və 4 nümayəndəliyi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR