Bank Of Baku

Qazaxıstan Xəzər dənizində nərəkimilərin ovlanmasına qadağa qoyulmasına dair saziş layihəsi hazırlayıb

Qazaxıstan Xəzər dənizində nərəkimilərin ovlanmasına qadağa qoyulmasına dair saziş layihəsi hazırlayıb
# 04 fevral 2011 10:45 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA-Economics. Qazaxıstan Xəzər dənizində nərəkimilərin kommersiya məqsədilə ovlanmasına qadağa qoyulmasına dair beştərəfli saziş layihəsi hazırlayıb.

APA-Economics”in “Kazinform”a istinadən xəbərinə görə, Xəzər dənizində nərəkimilərin ovlanmasına 5 illik qadağa qoyulması təşəbbüsü ötən il noyabrın 18-də Xəzəryanı ölkələrin dövlət başçılarının Bakıda keçirilən sammitində Qazaxıstan prezidenti Nursultan Nazarbayev tərəfindən irəli sürülüb.

“Nərəkimilərin qorunması və artırılması problemi dövlətlərarası xarakter daşıyır və bütün Xəzəryanı ölkələrə - Rusiya, Qazaxıstan, İran, Azərbaycan və Türkmənistana aidiyyəti olan transsərhəd problemidir” - deyə Qazaxıstan Kənd Təsərrüfatı Nazirliyinin açıqlamasında bildirilir.

Hazırda fevralın 14-15-də Astanada qadağanın tətbiqi məsələsinin müzakirə olunması üçün iclas keçirilməsi gündəmdədir. İclasda bütün Xəzəryanı ölkələrin nümayəndələrinin iştirakı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR