Bank Of Baku

Avropa və Latın Amerikası arasında “banan müharibəsi” başa çatıb

Avropa və Latın Amerikası arasında “banan müharibəsi” başa çatıb
# 04 fevral 2011 12:52 (UTC +04:00)
Bakı - APA-Economics. Avropa Parlamenti Latın Amerikası ölkələrindən bananın idxal rüsumlarının aşağı salınmasına səs verib.

APA-Economics”in AFP-yə istinadən xəbərinə görə, bununla da “banan müharibəsi” kimi tanınan 20 illik ticarət mübahisəsinə son qoyulub.

Avropa Parlamentinin 501 deputatı qərarın lehinə, 114 deputatı əleyhinə səs verib. Qərara əsasən, 2017-ci ildə Avropa ölkələrinə banan idxalına görə rüsum 355 azalaraq 1 tona görə 114 dollar təşkil edəcək. Hazırda bu göstərici 176 dollardır.

Qeyd edək ki, Avropa İttifaqı dünyanın ən nəhəng banan istehlakçısıdır. Avropada satılan bananın 70%-i isə Latın Amerikasının payına düşür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR