Bank Of Baku

«Aqrarkredit»: Azərbaycanın aqrar sektorunda problemli kreditlərin yaranmasına təbii fəlakətlər də təsir göstərir

«Aqrarkredit»: Azərbaycanın aqrar sektorunda problemli kreditlərin yaranmasına təbii fəlakətlər də təsir göstərir
# 07 fevral 2011 07:20 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanın «Aqrarkredit» qeyri-bank kredit təşkilatının kredit portfelində problemli kreditlərin payı təqribən 5% həddindədir. Bu barədə «APA-Economics»ə açıqlamasında təşkilatın rəhbəri Məmməd Musayev məlumat verib.
Bu rəqəmin ölkənin bank sektorundakı problemli kreditlərin payına uyğun gəldiyini deyən M.Musayevin sözlərinə görə, problemli kreditlərin həcminin bundan sonra da artması ehtimalı yoxdur: «Görülən tədbirlər nəticəsində problemli kreditlərin artması ehtimalını görmürəm».
«Aqrarkredit»in başçısı problemli kreditlərin yaranmasının müxtəlif səbəblərlə bağlı olduğunu bildirib: «Bura həm obyektiv, həm də subyektiv səbəblər aiddir». Bura ən çox kənd təsərüfatı malları bazarında baş verən proseslər – bəzi məhsulların qiymətinin artıb-azalması, eləcə də təbii fəlakətlər daxildir. «Məsələn, 2010-cu ildə daşqınların olması prblemli kreditlərin artmasına səbəb olub. Taxılın azalması nəticəsində verdiyimiz taxıl kreditlərinin bir hissəsinin qaytarılmasında problem yaranıb», - deyə M.Musayev bildirib.
Quba-Xaçmaz zonasında isə meyvə tədarükündə məhsuldarlıq kəskin azaldığına görə, bağçılıq təsərrüfatlarına verilən kreditlərdə problem yaranıb. Amma «Aqrarkredit»in rəhbəri onları ümidsiz kredit saymır: «Bu kreditlərin hamısı təminatlıdır, girovla təmin olunub, ona görə də vaxtı çatanda onlar qaytarılır».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR