Kənd Təsərrüfatı Nazirliyində geniş kollegiya iclası keçirilib
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə çıxış edən kənd təsərrüfatı naziri İsmət Abasov qeyd edib ki, son illər ərzində Azərbaycanda daxili istehsal hesabına əhalinin bir sıra kənd təsərrüfatı məhsulları ilə təmin edilməsi mümkün olub. Belə ki, son 3 ildə kənd təsərrüfatının ümumi məhsulunun artım tempi orta hesabla 2,5% təşkil edib, 2010-cu ildə təbii fəlakətlə əlaqədar taxıl və kartof istehsalının azalması istisna olmaqla, artım 5%, o cümlədən bitkiçilik məhsulları üzrə 3,5%, heyvandarlıq məhsulları üzrə isə 6,1% olub: «Dənlilər və kartof istisna olmaqla bütün bitkiçilik məhsulları üzrə artım əldə edilib. Ötən il 2 000,8 min ton dənli və dənli paxlalılar, 953,7 min ton kartof, 1 118,1 min ton tərəvəz, 433,4 min ton bostan məhsulları, 256,5 min ton şəkər çuğunduru, 37,3 min ton pambıq istehsal olunub».
Nazir həmçinin bildirib ki, 2011-ci ilin məhsulu üçün 2010-cu ildə 1 017,8 min hektarda şum qaldırılıb, dən və yaşıl yem üçün 925,9 min hektar, o cümlədən, 915,2 hektarda dən üçün payızlıq taxıl əkilib ki, onun da 660,5 min hektarını buğda, 254,7 min hektarını isə arpa təşkil edib.
Heyvandarlığın kənd təsərrüfatının prioritet sahələrindən biri oldğunu bildirən İ.Abasov qeyd edib ki, 2010-cu ildə əvvəlki ilə nisbətən ət istehsalı 7,1%, süd istehsalı 6,7%, yun istehsalı isə 2,4% artıb: «Ötən il ərzində kənd təsərrüfatının inkişafı məqsədilə 13,405 mln. manat məbləğində güzəştli kreditlər verilib. Bu vəsaitin verilməsi nəticəsində 1 066 daimi və müvəqqəti iş yerləri açılıb. Kreditlərin orta həcmi 29,9 min manat təşkil edib. Görülmüş tədbirlər nəticəsində ümumilikdə aqrar sahə üzrə 2010-cu ildə 13 495 iş yeri açılıb ki, onun da 7 483-ü daimi iş yerləridir».
İ.Abasov iclas zamanı 2010-cu ildə bir sıra kənd təsərrüfatı məhsulları istehsalında yol verilmiş nöqsanların aradan qaldırması, aqrar sahənin inkişaf etdirilməsi ilə əlaqədar müvafiq dövlət proqramında nəzərdə tutlmuş müddəaların və 2011-ci ildə qarşıda duran vəzifələrin icrasını təmin etmək məqsədilə Nazirliyin tabeliyində olan qurumlara müvafiq tapşırıqlar verib.
Tədbirdə həmçinin korrupsiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsi vurğulanıb. Belə ki, Nazirliyin dövlət kənd təsərrüfatı istehsalı müəssisələrində təsərrüfat fəaliyyətinin araşdırılması nəticəsində bir sıra nöqsan və çatışmazlıqlar aşkar edilib. Nəticədə, bir neçə şirkətlərin nümayəndələri işdən azad olunub, həbs edilib.
Kollegiya iclasının sonunda görülən tədbirlərin davam etdirilməsi, korrupsiyaya qarşı qabaqlayıcı, profilaktiki mübarizə tədbirlərinin həyata keçirilməsi məqsədilə Nazirliyin şöbə, Dövlət Agentlikləri və Xidmətlərinin, «Aqrolizinq» ASC-nin rəhbərlərinə tapşırıqlar verilib.
Aqrar-sənaye kompleksi
“AzerGold” Zəfər Günü münasibətilə sosial aksiyalar təşkil edib
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər - FOTO - VİDEO
Unibank ağacəkmə kampaniyasında iştirak edib
Xəbər Lenti
CNN: Tramp administrasiyasının Rusiya ilə əməkdaşlığı Qərbin Moskvaya təzyiqini zəiflədir
Times: Britaniyada deportasiya qərarı verilmiş 20 minə yaxın əcnəbi cinayətkar qalır
Tramp: Ukrayna ilə bağlı razılaşmaya çox yaxınıq
Sandu: Moldova Rusiya qazından tamamilə imtina edib
"Nvidia" rəhbəri casusluqda şübhəli bilinən qadınla münasibətinə görə araşdırmaya cəlb olunub
Tramp öldükdən sonra cənnətə düşəcəyinə ümid edir
Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur
Rubio Əbu-Dabi danışıqlarından gözləntiləri və əsas müzakirə mövzusunu açıqlayıb
Əbu-Dabidə keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyətinin tərkibi məlum olub
Tramp miqrantların deportasiyası siyasətinin həddindən artıq sərt olduğunu etiraf edib
“Qalatasaray”ın keçmiş futbolçusu Cevad Prekazi vəfat edib
Tramp: İranın Xəzər dənizi vasitəsilə silah daşınmasının qarşısını almaq üçün xüsusi qrup fəaliyyətə başlayıb
Gəncədə 41 yaşlı kişi bıçaqlanıb
Almaniyada tələbələr noyabrın 20-də kütləvi tətil keçirməyi planlaşdırırlar
İstanbul ve Bursada tarixi tikililər Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Rusiya bir gündə Ukraynaya məxsus 50 PUA-nın vurulduğunu açıqlayıb
Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb - VİDEO
Azərbaycanda Dövlət Bayrağı Günüdür
İranın Qeşm adasında 4 partlayış baş verib
İsraildə ərəb partiyaları Ayzenkotla əməkdaşlığa hazır olduqlarını açıqlayıblar
Dublində avtomobil yeniyetmələrin üzərinə sürülüb, 8 nəfər xəsarət alıb
İran ABŞ-la təmasların dayandırılmasının səbəbini açıqlayıb
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Tramp: İranla genişmiqyaslı müharibənin yenidən başlaması ehtimalı azdır
ABŞ Konqresində demokratların lideri Pentaqon rəhbərinin impiçmentini dəstəkləyib
Al Arabiya: İraq nümayəndə heyəti ABŞ-ın mesajını İrana çatdırıb
Əraqçi: İran ABŞ-a Hörmüz boğazı ilə bağlı şərt qoyub
Naxçıvanda Zəfər Gününün 6 illiyi münasibətilə konsert və atəşfəşanlıq təşkil olunub
Xankəndidə Zəfər Günündə bayram konserti keçirilib - FOTO
İsrail Prezidenti Qadi Ayzenkota hökuməti formalaşdırmaq mandatı verib
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO
Hulusi Kılıç: Ərdoğan və Əliyevin Şuşadan verdiyi qardaşlıq mesajı bütün Türk dünyasının qürurudur
Misirdə sərnişin qatarlarının toqquşması nəticəsində ölənlərin sayı 7-yə çatıb - YENİLƏNİB
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Türkiyə mediası: Prezident İlham Əliyev COP31 sammitində iştirak edəcək
İstanbulda “15 Temmuz” körpüsündə Azərbaycan bayrağı proyeksiya olunub
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər
Azərbaycan və Türkiyə prezidentləri Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO - YENİLƏNİB
Yeni Zelandiyada parlament seçkilərinin qalibi müəyyənləşməyib
Türkiyə Super Liqası: “Fənərbaxça” səfərdə böyük hesablı qələbə qazanıb
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidenti ilə Şuşada görüşünə dair videoçarx paylaşılıb - VİDEO
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır - FOTO
İranda partlayışlar baş verib, Hörmüz boğazında gəmilərə hücum edilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO - VİDEO - YENİLƏNİB
Qazaxda yük avtomobilinin sürücüsü sükan arxasında ölüb
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib