Bank Of Baku

«Aqrolizinq» ASC beş lot üzrə açıq tender keçirir

«Aqrolizinq» ASC beş lot üzrə açıq tender keçirir
# 09 fevral 2011 08:45 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Aqrolizinq» ASC çiləmə və damcılı suvarma avadanlıqları və kənd təsərrüfatı texnikasının satın alınmasına dair tender elan edib.

Cəmiyyətdən «APA-Economics»ə verilən məlumata görə, 5 lot üzrə keçirilən tenderdə I lotda 800 hektar torpaq sahəsində çiləmə üsulu ilə dairəvi müasir suvarma sistemi avadanlıqlarının alınması, II lot üzrə 50 ədəd 45-55 at gücündə traktorların və 60 ədəd ona qoşulan mini avadanlıqların alınması, III lot üzrə 250 ədəd müxtəlif kənd təsərrüfatı texnikası və avadanlıqların alınması, IV lot üzrə Saatlı rayonunda 60 hektar əkin sahəsində damcılı suvarma sistemi avadanlıqlarının alınması və quraşdırılması, V lot üzrə isə Goranboy rayonunda 200 hektar əkin sahəsində damcılı suvarma sistemi avadanlıqlarının alınması və quraşdırılması nəzərdə tutulur.

İddiaçılar tenderdə iştirak etmək üçün müvafiq sənədləri martın 17-dək ASC-nin baş ofisinə təqdim edə bilərlər. Zərflər isə aprelin 4-də açılacaq.

Tenderdə I lot üzrə iştirak haqqı 1000 manat, II lot üzrə 250 manat, III, IV və V lotlar üzrə isə 500 manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR