Bank Of Baku

Prezident İlham Əliyev Samuxda meyvə qurudulması və emalı müəssisəsinin açılışında iştirak edib

Prezident İlham Əliyev Samuxda meyvə qurudulması və emalı müəssisəsinin açılışında iştirak edib
# 10 fevral 2011 14:18 (UTC +04:00)
Bakı - APA. Bu gün Azərbaycan prezidenti İlham Əliyev Samuxda “NAA Aqrotara” MMC-nin meyvə qurudulması və emalı müəssisəsinin açılışında iştirak edib.

APA-nın məlumatına görə, dövlət başçısı MDB məkanında ilk dəfə Azərbaycanda yaradılan müəssisəni işə salıb, istehsal prosesini izləyib.

Müəssisədə sutkada 12 ton meyvə və tərəvəz, o cümlədən göyərti qurutmaq mümkündür. Burada 150 nəfər daimi, 60 nəfər isə mövsümi işçi çalışacaq. Müəssisə yenicə fəaliyyətə başlamasına baxmayaraq, artıq Quba rayonundan 800 ton alma tədarük edilib. Qurudulmuş məhsullar yüksək keyfiyyəti, təbii olması ilə seçilir. Hələlik burada alma qurudulur və standartlara uyğun olaraq paketlərdə qablaşdırılır. 25 min ton tutumu olan soyuducu anbarlarda müasir avadanlıq quraşdırılmışdır. Müəssisədə sanitariya qaydaları da tam beynəlxalq standartlara uyğundur.

Prezident İlham Əliyev yeni müəssisənin kollektivinə uğurlar arzulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR