Bank Of Baku

Azərbaycan yanvarda ət istehsalını 5%, süd istehsalını 11% artırıb

Azərbaycan yanvarda ət istehsalını 5%, süd istehsalını 11% artırıb
# 17 fevral 2011 09:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il ərzində Azərbaycanın kənd təsərrüfatı sektorunda diri çəkidə 33,9 min ton ət, 118,3 min ton süd, 92,2 mln. ədəd yumurta istehsal edilməklə, 2010-cu ilin yanvar ayına nisbətən ət istehsalı 5,1%, süd istehsalı 10,9%, yumurta istehsalı isə 0,1% artıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, heyvanların cins tərkibinin yaxşılaşdırılması üçün dövlət və özəl damazlıq təsərrüfatları ötən il heyvandarlıqla məşğul olan hüquqi və fiziki şəxslərə 1 828 baş qaramal, 11 077 baş qoyun və keçi satıblar ki, 2009-cu illə müqayisədə satılmış cins qaramalın sayı 5% artıb, qoyun və keçilərin sayı isə 12% azalıb.

Bundan başqa, ötən il 59 min baş inək və düyə elit törədicilərin toxumları ilə süni mayalandırılıb, 2009-cu illə müqayisədə süni mayalandırılmış qaramalın sayı 21%, süni mayalandırma məntəqələrinin sayı isə 22% artıb.

Cari il yanvarın 1-i vəziyyətinə damazlıq təsərrüfatlarında 6,1 min baş qaramal, 61,5 min baş qoyun və keçi mövcud olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR