Bank Of Baku

Azərbaycanın kənd təsərrüfatı sektorunda məhsul istehsalı yanvarda 7% artıb

Azərbaycanın kənd təsərrüfatı sektorunda məhsul istehsalı yanvarda 7% artıb
# 17 fevral 2011 10:37 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il ərzində Azərbaycanın kənd təsərrüfatı sektorunda 915,3 min hektar sahədən payızlıq dənli bitkilərin, o cümlədən 660,5 min hektar buğda, 254,7 min hektar arpa sahələrinin məhsulunun toplanması gözlənilir.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, aqrar bölmənin texnika ilə təminatını daha da yaxşılaşdırmaq məqsədilə 2010-cu ildə «Aqrolizinq» xətti ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına 419 ədəd traktor, 217 ədəd taxılyığan kombayn, 5 ədəd kartofyığan kombayn, 219 ədəd traktorla otbiçən, həmçinin, 778 ədəd digər yığım və becərmə maşınları satılıb və lizinq yolu ilə verilib.

Bununla yanaşı, hesabat ayında 2 120 ton tərəvəz istehsal edilib ki, 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə tərəvəz istehsalı 10% artıb.

Yanvar ayında keçən ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulunun sabit qiymətlərlə dəyəri 6,6%, o cümlədən heyvandarlıq məhsulları istehsalı 6,7%, tərəvəz və sair bitkiçilik məhsulları istehsalı 5,5% artıb.

Qeyd edək ki, 2010-cu ilin yekunlarına görə, kənd təsərrüfatı müəssisə və təşkilatlarında çalışan işçilərin orta aylıq əmək haqqı 2009-cu ilə nisbətən 19,1% artaraq 160 manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR