Bank Of Baku

Dünyada pambığın qiyməti rekord həddə çatıb

Dünyada pambığın qiyməti rekord həddə çatıb
# 18 fevral 2011 09:08 (UTC +04:00)
Bakı - APA-Economics. Nyu-York Əmtəə Birjasında pambığın qiyməti tarixi maksimuma çatıb. “APA-Economics”in “Bloomberg” agentliyinə istinadən xəbərinə görə, pambığın 1 funtunun (454 qramının) qiyməti 2 dollar təşkil edib.

Pambığın bahalaşması Çin tərəfindən xammala tələbatın artması ilə bağlıdır. Həmçinin dünya üzrə pambığın 4-cü ixracatçısı olan Avstraliyada məhsuldarlığın az olması (871 min ton proqnoza qarşı 839 min ton) gözlənilir.

Ötən il Çin pambıq lifinin istehsalını 14% artıraraq 27 mln. tona çatdırıb. Bu ölkədə pambıq əkib-becərən təsərrüfatlar qiymətlərin bahalaşacağı ümidi ilə ehtiyat toplayırlar ki, bu da Pekini xammal idxalını 40% artırmağa sövq edir.

Analitiklərin fikrincə, avqust ayına qədər pambığın 1 funtunun qiyməti 2,2 dollara çata bilər. Bu isə geyim məhsullarının bahalaşmasına gətirib çıxara bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR