Bank Of Baku

Dünya Bankı Azərbaycanda yeni kənd təsərrüfatı layihəsinin icrasına hazırlaşır

Dünya Bankı Azərbaycanda yeni kənd təsərrüfatı layihəsinin icrasına hazırlaşır
# 18 fevral 2011 10:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dünya Bankı (DB) Azərbaycanda kənd təsərrüfatı sahəsində yeni layihənin icrasına hazırlaşır. «APA-Economics»in məlumatına görə, bunu DB-nın Azərbaycan üzrə meneceri Cozef Ouen (Joseph Owen) bildirib.

Onun sözlərinə görə, yeni layihə kənd təsərrüfatı məhsullarının istehsalçılarına, o cümlədən fermerlərə yardım etmək məqsədilə reallaşdırılacaq: «Bu layihə çərçivəsində toxumların inkişafı, kənd təsərrüfatı istehsalının genişləndirilməsi, o cümlədən bu məhsul istehsalçılarına yardım göstərəcək aqrar sahənin xidmət bölməsinin inkişafı daxildir».

C.Ouen həmçinin bildirib ki, DB hazırda Azərbaycanda kənd təsərrüfatı investisiyaları layihəsini (AzRIP) həyata keçirir: «Yeni layihənin icrasına isə 2011-ci ilin sonunda – 2012-ci il ərzində başlanacaq».

Qeyd edək ki, AzRIP çərçivəsində DB Azərbaycana 21,1 mln. ABŞ dolları ayırıb. Layihəyə Azərbaycanın 21 rayonunun əhatə edir. Gələn il həmçinin AzRIP-II layihəsinin icrasına başlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR