Bank Of Baku

Azərbaycan yanvarda balıq ovlanmasını 4% azaldıb

Azərbaycan yanvarda balıq ovlanmasını 4% azaldıb
# 22 fevral 2011 07:02 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanda balıqçılıqla məşğul olan təsərrüfatlar tərəfindən 9,6 min manat dəyərində və ya ötən ilin analoji ayı ilə müqayisədə 4% az balıq ovlanıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2010-cu ildə 436,6 mln. ədəd vətəgə əhəmiyyətli balıq körpələri təbii su hövzələrinə və anbarlarına buraxılıb. Bu da, 2009-cu ilə nisbətən 4,9% azdır.

Ötən il 75 hüquqi və fiziki şəxs balıq ovuna verilmiş 3 057 ton kvotaya qarşı 1 082 ton balıq ovlanıb. Ovlanmış balığın 708 tonu kilkə, 90 tonu siyənək, 62 tonu kefal, 56 tonu çapaq, 54 tonu kütüm, 112 tonu isə digər balıq növlərinin payına düşüb. Verilmiş kvotaya görə il ərzində 24 min manat ödənilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR