Bank Of Baku

Azərbaycanın meşə təsərrüfatında istehsal həcmi 5% azalıb

Azərbaycanın meşə təsərrüfatında istehsal həcmi 5% azalıb
# 22 fevral 2011 11:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanda meşə təsərrüfatlarında istehsal edilmiş məhsul və xidmətlərin faktiki qiymətlərlə dəyəri 102,3 min manat olub ki, bu da ötən ilin analoji ayına nisbətən 5,3% azdır.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, 2010-cu ildə Azərbaycanda 10 640 hektar sahədə meşə bərpası tədbirləri aparılıb, 138,4 ton iynə və enliyarpaqlı ağac və kol cinslərinin toxumları tədarük edilib. Tədarük edilmiş toxumların 71,6%-i palıd toxumu, 15,4%-i qozmeyvəli ağacların toxumu, 12,1%-i digər enliyarpaqlı ağac və kol cinslərinin toxumları olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR