Bank Of Baku

Azərbaycanın emal bölməsində məhsul istehsalı 3% artıb

Azərbaycanın emal bölməsində məhsul istehsalı 3% artıb
# 23 fevral 2011 08:07 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanda emal bölməsinin müəssisələri və fərdi sahibkarlar (ev təsərrüfatlarının sənaye istehsalı da nəzərə alınmaqla) tərəfindən 476 mln. manatlıq məhsul istehsal olunub, sənaye xarakterli xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu sahədə istehsalın həcmi 3% artmaqla, daha çox hissəsi qida məhsullarının istehsalının payına düşüb. Hesabat ayında əksər qida məhsullarının istehsalında artım müşahidə olunub, onlardan balıq məhsulları istehsalı 2,3 dəfə artaraq 46,8 ton, pendir və kəsmik istehsalı 2,2% artaraq 3,7 min ton, ət 2,2% artaraq 21 min ton, süd 5,4% artaraq 59,1 min ton, kərə yağı 0,8% artaraq 1,8 min ton, duru bitki yağları 41,7% artaraq 8,7 min ton olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR