Bank Of Baku

ABŞ-da Gürcüstan brendli şərab növləri ermənilər tərəfindən mənimsənilib

ABŞ-da Gürcüstan brendli şərab növləri ermənilər tərəfindən mənimsənilib
# 28 fevral 2011 07:26 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstanın ABŞ-da 18 adda şərab növünün qeydiyyata alınması ilə bağlı müraciətindən sonra “Xvançkara” şərab növünün qeydiyyatı ilə bağlı qalmaqal yaranıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, ABŞ-da “Xvançkara” şərab növünün brendini eksklüziv olaraq “Dozortsev” adlı şirkət mənimsəyib. “Qruzpatent” rəhbərliyi Lissabon müqaviləsinə əsasən Gürcüstanın brend növlərinin satışı ilə əlaqədar ABŞ-ın aidiyyəti təşkilatlarına müraciətindən sonra bilib.

Məlumata görə, “Qruzpatent” ABŞ-da Gürcüstan brendli “Xvançkara” şərab növünün oğurlanması və “Dozortsev” adlı şirkətə bu növ şərabın satış hüququnun verilməsi ilə bağlı məhkəməyə müraciət edəcək.

Xatırladaq ki, Kaliforniyada “Xvançkara”, “Kindzmaruli” brendli gürcü şərabı və “Borjomi” brendli mineral su erməni yazıları ilə mağazalarda və apteklərdə satılır. Bu brendlər təkcə Amerikada deyil, eyni zamanda Fransada da satılıb. Bütün bunlardan sonra “Qruzpatent” rəhbərliyi bəyan edib ki, təşkilatın həyata keçirdiyi müəyyən prosedurlar sayəsində “Xvançkara” və “Kindzmarauli” kimi məşhur gürcü şərab növləri ilə bərabər, digər şərab növləri də ABŞ bazarında müdafiə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR