Azərbaycanda yumurta sürətlə bahalaşır - YENİLƏNİB
Bahalaşmanın səbəbləri ilə bağlı «APA-Economics»in suallarını cavablandıran Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Çingiz Fərəcov bildirib ki, yerli bazarda yumurtanın qiymətinin artmasının səbəbi istehsalın aşağı düşməsi və mövsümi amillərlə bağlıdır: “Qış aylarında yumurtanın bahalaşması təbii haldır. Ötən ilin yanvarında da qiymətlər 30 qəpik idi”.
Onun sözlərinə görə, bahalaşmanın digər səbəbi ev quşlarının xəstəlikdən tələf olmasıdır: «Bəzi xəstəliklər nəticəsində ölkədə quşların sayı azalıb. Mövsümi səbəblərə gəlincə, ümumiyyətlə, qışda quşlar az yumurta qoyurlar. Bütün bu səbəblərdən 2010-cu ildə yumurta istehsalı 2009-cu ilə nisbətən 31 mln. ədəd azalıb. Bu, yumurta istehsalının 2,5% azalması deməkdir”.
Ç.Fərəcov hesab edir ki, artıq aprel ayında qiymətlərin aşağı düşməsi müşahidə olunacaq: «Mayda yumurtanın qiyməti yenə 10-12 qəpikdən artıq olmayacaq».
Ev quşlarının qırılmasının yumurtanın qiymətinə təsirini Azərbaycan Quşçular Cəmiyyətinin (AQC) sədri Aydın Vəliyev də təsdiqləyib: «Quşların qırılmasının səbəbi xəstəliklər və soyuqlar olub. Bu hadisə bütün bölgələrdə var. Bu, hər il baş versə də, bu il onun təsiri daha böyük olub».
A.Vəliyevin sözlərinə görə, yumurtanın qiymətinə xaricdən gətirilən qarışıq quş yeminin bahalaşması da təsir edib: “Son ilyarımda yemin qiyməti 2 dəfədən çox artıb. Qarışıq yemin qiyməti 1,5-2 il əvvəl 240 manata olduğu halda, indi onun qiyməti 530 manata çatıb”.
Bundan başqa, bölgələrdəki fərdi təsərrüfatlarda quş yemi kimi istifadə olunan arpa və buğdanın kəskin bahalaşması da yumurtanın qiymətinə təsir edib. APA-nın Qarabağ bürosunun məlumatına görə, bu bölgədə arpanın kiloqramı 50 qəpiyə, buğda isə 40 qəpiyə satılır ki, bu da biçin mövsümünün sonundan indiyədək qiymətlərin 3 dəfə artdığını göstərir. Xəstəlikdən narahat olan fermerlərin quşlar üçün dava-dərman alması da onların xərclərinin və beləliklə, yumurtanın qiymətinin artmasına səbəb olub. Nəticədə hazırda yumurtanın 1 ədədi quşçuluq təsərrüfatlarına 12-14 qəpiyə başa gəlir. Halbuki ötən il bu rəqəm 7-10 qəpik olub.
A.Vəliyev qeyd edib ki, bəzi şirkətlər, xüsusilə də yumurta ticarətində vasitəçi kimi çıxış edənlər yaranmış vəziyyətdən sui-istifadə edərək Novruz bayramı ərəfəsində qiymətləri daha da artırırlar: «Bu vasitəçi-işbazlar yumurtanın bir hissəsini bazara buraxmır və bayramqabağı baha qiymətə satmaq üçün saxlayırlar. Belələri istehsalçıların özündən 1,5-2 dəfə çox pul qazanırlar. Bunlar əsasən topdansatış məntəqələridir».
AQC sədrinin fikrincə, qiymətlərin aşağı düşməsi üçün quşçuluq müəssisələrində istifadə olunan qarışıq yemin idxalı ƏDV-dən azad olunmalıdır. Qeyd edək ki, bu sahəyə dəstək məqsədilə damazlıq cücələr, eləcə də müəssisələrdə istifadə olunan avadanlıqlar ƏDV-dən artıq azad edilib. Amma A.Vəliyev bildirir ki, qiymətlərin düşməsi üçün bunlar kifayət deyil: «Avadanlıqlar bir neçə ildə bir dəfə alınır, yem isə həmişə lazımdır. Əlavə addımlar atılmasa, yumurtanın qiyməti iyun ayında enməyə başlayacaq. Həmin vaxt bazara yeni yumurtlayan toyuqlar daxil olacaq, qiymətlər də enməyə başlayacaq».
Xatırladaq ki, ötən ilin noyabr-dekabr aylarında Azərbaycanın regionlarında ev quşlarının kütləvi tələfatı halları qeydə alınıb. Bununla əlaqədar bu il yanvar ayının əvvəlində Dövlət Baytarlıq Xidməti quşçuluq müəssisələrinin ciddi iş rejiminə keçməsi üçün baytarlıq idarələrinə və məsul şəxslərə müraciət edib. Xidmətin rəis müavini Emin Şahbazlı bunu “qış mövsümün gəlməsi ilə əlaqədar Azərbaycan ərazisinə “quş qripi” xəstəliyinin daxil olması riskinin artması” ilə izah edib. Vəziyyəti nəzarətə götürmək üçün xidmət Dövlət Gömrük Komitəsinə də müraciət edərək, xaricdən gələn maşınların dezinfeksiyasını, insanların dezinfeksiya yerindən keçməsini tələb edib. Paralel olaraq “quş qripi” xəstəliyinin ölkəyə daxil olması riskinin qarşısını almaq üçün Azərbaycan ərazisində vəhşi quşların ovu müvəqqəti dayandırılıb, “quş qripi” hallarının müəyyənləşdirilməsi üçün monitorinqlərə başlanıb.
Aqrar-sənaye kompleksi
“AzerGold” Zəfər Günü münasibətilə sosial aksiyalar təşkil edib
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər - FOTO - VİDEO
Unibank ağacəkmə kampaniyasında iştirak edib
Xəbər Lenti
CNN: Tramp administrasiyasının Rusiya ilə əməkdaşlığı Qərbin Moskvaya təzyiqini zəiflədir
Times: Britaniyada deportasiya qərarı verilmiş 20 minə yaxın əcnəbi cinayətkar qalır
Tramp: Ukrayna ilə bağlı razılaşmaya çox yaxınıq
Sandu: Moldova Rusiya qazından tamamilə imtina edib
"Nvidia" rəhbəri casusluqda şübhəli bilinən qadınla münasibətinə görə araşdırmaya cəlb olunub
Tramp öldükdən sonra cənnətə düşəcəyinə ümid edir
Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur
Rubio Əbu-Dabi danışıqlarından gözləntiləri və əsas müzakirə mövzusunu açıqlayıb
Əbu-Dabidə keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyətinin tərkibi məlum olub
Tramp miqrantların deportasiyası siyasətinin həddindən artıq sərt olduğunu etiraf edib
“Qalatasaray”ın keçmiş futbolçusu Cevad Prekazi vəfat edib
Tramp: İranın Xəzər dənizi vasitəsilə silah daşınmasının qarşısını almaq üçün xüsusi qrup fəaliyyətə başlayıb
Gəncədə 41 yaşlı kişi bıçaqlanıb
Almaniyada tələbələr noyabrın 20-də kütləvi tətil keçirməyi planlaşdırırlar
İstanbul ve Bursada tarixi tikililər Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Rusiya bir gündə Ukraynaya məxsus 50 PUA-nın vurulduğunu açıqlayıb
Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb - VİDEO
Azərbaycanda Dövlət Bayrağı Günüdür
İranın Qeşm adasında 4 partlayış baş verib
İsraildə ərəb partiyaları Ayzenkotla əməkdaşlığa hazır olduqlarını açıqlayıblar
Dublində avtomobil yeniyetmələrin üzərinə sürülüb, 8 nəfər xəsarət alıb
İran ABŞ-la təmasların dayandırılmasının səbəbini açıqlayıb
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Tramp: İranla genişmiqyaslı müharibənin yenidən başlaması ehtimalı azdır
ABŞ Konqresində demokratların lideri Pentaqon rəhbərinin impiçmentini dəstəkləyib
Al Arabiya: İraq nümayəndə heyəti ABŞ-ın mesajını İrana çatdırıb
Əraqçi: İran ABŞ-a Hörmüz boğazı ilə bağlı şərt qoyub
Naxçıvanda Zəfər Gününün 6 illiyi münasibətilə konsert və atəşfəşanlıq təşkil olunub
Xankəndidə Zəfər Günündə bayram konserti keçirilib - FOTO
İsrail Prezidenti Qadi Ayzenkota hökuməti formalaşdırmaq mandatı verib
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO
Hulusi Kılıç: Ərdoğan və Əliyevin Şuşadan verdiyi qardaşlıq mesajı bütün Türk dünyasının qürurudur
Misirdə sərnişin qatarlarının toqquşması nəticəsində ölənlərin sayı 7-yə çatıb - YENİLƏNİB
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Türkiyə mediası: Prezident İlham Əliyev COP31 sammitində iştirak edəcək
İstanbulda “15 Temmuz” körpüsündə Azərbaycan bayrağı proyeksiya olunub
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər
Azərbaycan və Türkiyə prezidentləri Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO - YENİLƏNİB
Yeni Zelandiyada parlament seçkilərinin qalibi müəyyənləşməyib
Türkiyə Super Liqası: “Fənərbaxça” səfərdə böyük hesablı qələbə qazanıb
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidenti ilə Şuşada görüşünə dair videoçarx paylaşılıb - VİDEO
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır - FOTO
İranda partlayışlar baş verib, Hörmüz boğazında gəmilərə hücum edilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO - VİDEO - YENİLƏNİB
Qazaxda yük avtomobilinin sürücüsü sükan arxasında ölüb
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib