Bank Of Baku

Tovuzda kənd təsərrüfatı məhsulları yarmarkası keçirilib

Tovuzda kənd təsərrüfatı məhsulları yarmarkası keçirilib
# 02 mart 2011 09:17 (UTC +04:00)
Tovuz. Ayxan Hüseynov - APA. Tovuz rayonunda Novruz bayramı ilə əlaqədar olaraq kənd təsərrüfatı məhsulları yarmarkası keçirilib.
APA-nın Qərb bürosunun məlumatına görə, Tovuz rayon İcra Hakimiyyətinin (RİH) təşəbbüsü ilə təşkil edilmiş yarmarkada rayon mərkəzi və ətraf kəndlərin kənd təsərrüfatı məhsulları satışa çıxarılıb.
Yarmarkada ət məhsulları, balıq, süd məhsulları, un, süfrə içkiləri, meyvə, kartof, soğan və digər ərzaq məhsulları alıcılara ucuz qiymətə təklif olunub. Tovuz RİH-dən APA-nın Qərb bürosuna verilən məlumata görə, Tovuz rayonunda ilk dəfə təşkil olunan yarmarkanın məqsədi əhalinin bayram ərəfəsində ərzaq məhsullarına olan tələbatını ucuz qiymətə ödəməsini təmin etməkdir: “Gələcəkdə təşkil olunacaq yarmarkalara təkcə Tovuz rayonundan deyil, ətraf bölgələrdən də fermerlər cəlb ediləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR