Bank Of Baku

Rusiyada bir qutu siqaretin qiyməti 2 dollara çata bilər

Rusiyada bir qutu siqaretin qiyməti 2 dollara çata bilər
# 02 mart 2011 12:03 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiya hökuməti gələn il siqaretin aksiz vergisini builki səviyyə ilə müqayisədə iki dəfə artıra bilər.

APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, Rusiya Dövlət Dumasına Vergilər Məcəlləsinə dəyişikliklər layihəsi təqdim olunub. Layihədə siqaretin aksiz vergisini bu il 4 dəfə, gələn il 2,5 dəfə artırmaq təklif edilir.

Bu düzəlişlərin əleyhinə çıxan Rusiya Maliyyə Nazirliyi aksiz vergisini 2012-ci ildə iki dəfə artırmağı və bu səviyyəni 2015-ci ilədək qoruyub saxlamağı təklif edib. Yəni bütün tütün məhsullarına aksiz vergisi artırılaraq Avropa ölkələrinin orta səviyyəsinə çatdırılacaq. Bu halda 2015-ci ildə Rusiyada bir qutu siqaretin qiyməti 60 rubl (təxminən 2 dollar) təşkil edə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR