Bank Of Baku

Bakıda yeni süd zavodu istifadəyə veriləcək

Bakıda yeni süd zavodu istifadəyə veriləcək
# 02 mart 2011 13:08 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bakı şəhərinin Hövsan qəsəbəsində 2011-ci ilin aprel ayında yeni süd zavodu istifadəyə veriləcək. Bunu «APA-Economics»ə Azərbaycan İnvestisiya Şirkətinin (AİŞ) icraçı direktoru Əfqan İsayev bildirib.

Qeyd edək ki, süd zavodunun tikintisi və istifadəsi ilə «MilkPro» şirkəti məşğuldur ki, Azərbaycan İnvestisiya Şirkəti bu layihədə 20%-lik iştirak payına malikdir.

İlkin olaraq zavodda gündə 80 min ton süd istehsal olunacaq, daha sonra isə gündəlik istehsal 2 dəfə artırılacaq.

Bundan başqa, AİŞ-in iştirak etdiyi sement zavodunun inşası layihəsinin 2011-ci ildə başa çatması nəzərdə tutulub və artıq IV rübdə müəssisə test rejimində istifadəyə veriləcək.

Ə.İsayevin sözlərinə görə, AİŞ-in strategiyası şirkətin müəssisə və layihələrdə iştirak payının açıq bazarda satılmasını nəzərdə tutur. Bununla bağlı tərəfdaş şirkətlərlə, yəni layihələrdə həmsərmayəçi qismində çıxış edən tərəflə danışıqların aparılması planlaşdırılır. Ə.İsayevin fikrincə, bu mexanizm həmçinin kapital bazarının stimullaşdırılması və satılan payın dəyərinin açıq bazarda müəyyənləşməsinə imkan yaracaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR