Bank Of Baku

«İsmayıllı Quşçuluq» nizamnamə kapitalını artırır

«İsmayıllı Quşçuluq» nizamnamə kapitalını artırır
# 03 mart 2011 11:24 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi «İsmayıllı-Quşçuluq» ASC-nın adi adlı sənədli səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

Bakı Fond Birjasından «APA-Economics»ə verilən məlumatına görə, dövlət qeydiyyat nömrəsi AZ100100681P olan emissiyanın miqdarı 95 min səhm, bir səhmin nominal dəyəri 2 manat, emissiyanın ümumi həcmi isə 190 min manat təşkil edir.

Beləliklə, emissiya uğurla yerləşdiriləcəyi təqdirdə ASC-nin nizamnamə kapitalı 45,5% artaraq 607 202 manata çatacaq.

Qeyd edək ki, emissiyanın yerləşdirilməsində anderrayter rolunda «Chelsea Capital» MMC çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR