Bank Of Baku

Ukrayna qarabaşaq idxalını rüsumdan azad edib

Ukrayna qarabaşaq idxalını rüsumdan azad edib
# 04 mart 2011 08:13 (UTC +04:00)
Bakı - APA-Economics. Ukrayna Ali Radası qarabaşaq yarmasının idxalına rüsum dərəcəsini 20%-dən 0%-ə salıb.

APA-Economics”in Ukrayna mətbuatına istinadən xəbərinə görə, yeni qaydalar cari ilin 1 iyunundan qüvvəyə minəcək.

Səsverməyə çıxarılan qanun layihəsində göstərilib ki, son illərdə Ukraynada qarabaşağın əkin sahələri getdikcə azalıb. Əgər 2000-ci ildə Ukraynada 573,5 min hektarda qarabaşaq əkilibsə, 2010-cu ildə bu göstərici 215,4 min hektar olub. Bu il ölkədə cəmi 138 min ton qarabaşaq məhsulu əldə ediləcəyi gözlənilir.

Qeyd edək ki, ötən ilin yayında baş verən quraqlıq nəticəsində Ukraynada ərzaq məhsulları bahalaşıb. Ukrayna hökuməti qarabaşaq idxalını rüsumdan azad etməklə daxili bazarda bu məhsulun qiymətinə nəzarət etməyə çalışır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR