Bank Of Baku

Azərbaycanda bitkiçilik və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri fevralda 2,5% yüksəlib

Azərbaycanda bitkiçilik və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri fevralda 2,5% yüksəlib
# 04 mart 2011 10:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin fevral ayında Azərbaycanda bitkiçilik və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 2,5% bahalaşıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, birillik bitkilərdən arpanın istehsalçı qiymətləri 0,2%, bibərin 1,6%, kələmin 0,9%, göyərtilərin 1,6%, balqabağın 12,2%, baş soğanın 1,5%, qırmızı turpun 1,1%, kartofun 8,8%, quru otun qiymətləri 1,1% bahalaşıb, buğdanın qiyməti isə 2,6% ucuzlaşıb.

«Çoxillik bitkilərdən narın istehsalçı qiymətləri 3,6%, almanın 8,2%, armudun 3,2%, limonun 4,4%, şabalıdın 0,2%, fındığın 5,1%, qozun istehsalçı qiymətləri 11,1% bahalaşıb», - deyə Komitədən bildirilib.

Hesabat ayında diri heyvanlar və heyvandarlıq məhsullarından iri-buynuzlu mal-qaranın istehsalçı qiymətləri 0,2%, camış südünün 2,2%, diri qoyun və keçilərin 1,6%, qoyun südünün 0,3%, yumurtanın qiymətləri 43% bahalaşıb, diri ev quşlarının 7,5%, inək südünün 2,7%, qırxılmış yuyulmamış yununun qiymətləri isə 0,1% ucuzlaşıb.

Fevralda balıq və sair balıqçılıq məhsullarından isə diri balığın qiymətlərində 1,1% ucuzlaşma müşahidə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR