Bank Of Baku

Azərbaycan kənd təsərrüfatında məhsul istehsalı 6% artıb

Azərbaycan kənd təsərrüfatında məhsul istehsalı 6% artıb
# 14 mart 2011 14:15 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin martın 1-nə Azərbaycanda 37 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 1,8 min hektar sahədə dənli və dənli paxlalılar, 11,4 min hektar sahədə kartof, 5,6 min hektar sahədə tərəvəz, 11 hektar sahədə bostan bitkiləri əkilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, heyvandarlıq məhsullarından keçən ilə nisbətən diri çəkidə ət istehsalı 3,5 min ton, yaxud 5,5% artaraq 66,2 min ton, süd istehsalı 24 min ton və ya 11,3% artaraq 237,4 min ton, bitkiçilik məhsullarından 2 677 ton (2010-cu ildəkindən 15,6% çox) tərəvəz istehsal edilib.

Qeyd olunan məhsulların istehsalının artması kənd təsərrüfatının ümumi məhsulunun ötən ilki səviyyədən 5,8% yüksək olmasını təmin edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR