Bank Of Baku

Bu il taxıl bol olacaq

Bu il taxıl bol olacaq
# 25 mart 2011 11:49 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Ekpertlər bu il dünyada rekord həddə taxıl yığılacağını bildirirlər. Taxıl üzrə Beynəlxalq Şuranın mart hesabatına əsasən 2011/2012 mövsümündə taxıl yığımı 1 milyard 805 milyon ton təşkil edəcək. Bu, 2010/2011 mövsümünə nisbətən 79 milyon ton artıqdır. “APA-Economics”in məlumatına görə, qarşıdakı mövsümdə dünyanın demək olar ki, bütün iri taxıl ölkələrində – Rusiya, ABŞ, Kanada, Qazaxıstan, Ukrayna və Avropa İttifaqı ölkələrində məhsuldarlığın yüksək olacağı gözlənilir. Taxıla tələbatın isə yeni mövsümdə 1 milyard 808 milyon ton olacağı proqnozlaşdırılır.

Beynəlxalq Taxıl Şurasının məlumatlarına əsasən ötən mövsümlə müqayisədə buğda əkini sahələri 3% artaraq 224 milyon hektara, buğda tədarükü isə 4% artaraq 672 milyon tona çatacaq. Amerika Buğda Assosiasiyasının ekspertləri bildirir ki, əgər bu proqnozlar doğru çıxsa, dünyanı bütün tarix ərzində 3-cü ən məhsuldar il gözləyir.

2011/2012 mövsümünün əvvəlində dünyada buğda ehtiyatlarının həcmi 185 milyon ton təşkil edəcək. Bu, əvvəlki ilə nisbətən 7% az olsa da, son 5 ildəki orta göstəricidən (154 milyon ton) xeyli artıqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR