Bank Of Baku

Azərbaycan pambıq ixracını 90% artırıb

Azərbaycan pambıq ixracını 90% artırıb
# 29 mart 2011 14:07 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin yanvar-fevral aylarında Azərbaycandan xaricə ən çox ixrac olunan mal xam neft olub. İlk iki ayda ölkədən 2 929,818 mln. dollarlıq xam neft ixrac olunub ki, bu da ölkədən ümumi ixracın 86,44%-ni təşkil edir.

Dövlət Gömrük Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ötən ilin ilk iki ayına nisbətən xam neft ixracı 6,93% artıb. İxracın 5,08%-i neft məhsullarının payına düşüb. Bu dövrdə 172,220 mln. dollarlıq neft məhsulları ixrac edilib (ötən ilə nisbətən 0,28% çox). Sonrakı yerləri bitki və heyvan mənşəli yağlar (xüsusi çəki - 1,07%), qara metallar və onlardan hazırlanan məmulatlar (0,48%), meyvə-tərəvəz (0,44%), kimya məhsulları (0,31%), pambıq mahlıcı (0,05%), tütün və tütün məmulatları, alkoqollu və alkoqolsuz içkilər (0,03%) və alüminium və ondan hazırlanan məmulatlar (0,02%) tutur.

Hesabat dövründə ixracı ən çox artan məhsul pambıq mahlıcı olub – 1 846,14 mln. dollarlıq. Bu, ötən ildəkindən 89,77% çoxdur. Kimya məhsullarının ixracı 60,2% artaraq 10,608 mln. dollar olub. Tütün və tütün məmulatlarının ixracı 139,04% artaraq 0,964 mln. dollar, meyvə-tərəvəz ixracı 21,38% artaraq 14,790 mln. dollar olub.

İlk iki ayda alkoqollu və alkoqolsuz içkilərin ixracı 73,23% azalaraq 0,868 mln. dollar, bitki və heyvan mənşəli yağların ixracı isə 9,31% azalaraq 36,107 mln. dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR