Bank Of Baku

Azərbaycan aqrar sahənin inkişafında Hindistanın təcrübəsindən istifadə edəcək

Azərbaycan aqrar sahənin inkişafında Hindistanın təcrübəsindən istifadə edəcək
# 30 mart 2011 10:56 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycan iqtisadiyyatının bəzi sahələrinin, xüsusilə kənd təsərrüfatı və informasiya texnologiyalarının inkişaf etdirilməsində Hindistan təcrübəsindən də yararlanmaq niyyətindədir.

APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev bildirib.

Onun sözlərinə görə, Azərbaycanda regionların və qeyri-neft sektorunun inkişafı, ərzaq təhlükəsizliyi proqramının icrasında bu sahədə böyük təcrübəyə malik olan Hindistanın təcrübəsindən istifadə etmək lazımdır: “Azərbaycanın kənd təsərrüfatı məhsullarının dünya bazarlarına ixracı və rəqabət qabiliyyətinin artırılmasında Hindistan təcrübəsindən istifadə bizim üçün maraqlıdır”.

Həmçinin Hindistanın proqram təminatı şirkətlərinin Azərbaycanın banklarını müvafiq proqram məhsulları ilə təmin etməsi müzakirə olunur. Bu təcrübənin öyrənilməsi, eləcə də biznes əlaqələrinin daha da artırılması üçün payızda - sentyabr-noyabr aylarında Azərbaycan sahibkarlarının Hindistana səfərini təşkil etmək nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR