Bank Of Baku

Bakıda satış yarmarkaları davam edir

Bakıda satış yarmarkaları davam edir
# 31 mart 2011 14:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. İstehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının qarşısının alınması, əhalinin tələbatının daha dolğun ödənilməsi məqsədilə Bakının müxtəlif yerlərində təşkil olunmuş satış yarmarkaları davam etdirilir.

Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, sözügedən yarmarkalarda əhaliyə geniş çeşiddə kənd təsərrüfatı və ərzaq malları bazarlarla müqayisədə daha aşağı qiymətlərlə təklif olunur.

«Yaşıl bazar», «Keşlə bazarı», «Səbail» və «8-ci km» bazarlarında təşkil edilmiş yarmarkalar həftənin bütün günlərində fəaliyyət göstərir. Satış yarmarkaları yarmarkalardan Binəqədi rayonunda Dərnəgül yaşayış sahəsi, 6 saylı peşə liseyinin ərazisində, Biləcəri qəsəbəsi, 284 saylı məktəbin yaxınlığında, Xəzər rayonunda - Mərdəkan qəsəbəsi, avtobus dayanacağının yaxınlığında, Qala qəsəbəsi, Dəmiryol vağzalının yanında, Binə qəsəbəsində, Xətai rayonunda – «Bakı» kinoteatrının yanında, M.Hadi küçəsi, Əhmədli metrosunun çıxışında, Qaradağ rayonunda Lökbatan, Sahil, Ələt və Qobustan qəsəbələrində, Nərimanov rayonunda Gənclik metrosunun çıxışında, Nəsimi rayonunda Mərkəzi bazarın ərazisində, 3-cü mikrorayon, «Tovuz-Baltiya» MMC-nin ərazisində, Sabunçu rayonunda Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsi, Dəmiryol vağzalının yaxınlığında, Sabunçu qəsəbəsi, Aydınbəyov küçəsi, 1 ünvanındakı sahədə, Səbail rayonunda Badamdar qəsəbəsi, 239 saylı məktəbin yaxınlığında, Suraxanı rayonunda Əmircan qəsəbəsi, S.Bəhlulzadə küçəsi, 2 ünvanında, Qaraçuxur qəsəbəsindəki «Günəş» ticarət mərkəzində, Hövsan bələdiyyə bazarında, həmçinin Yasamal rayonunda Ə.Əhmədov küçəsi, Əlillərin Ticarət Mərkəzinin qarşısındakı meydanda fəaliyyət göstərib.

Qeyd edək ki, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən yarmarkalarda satışın təşkilinə və qiymətlərə mütəmadi nəzarət edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR