Bank Of Baku

Azərbaycan iri aqrar komplekslərinin yaradılması üçün İslam İnkişaf Bankından kredit alacaq

Azərbaycan iri aqrar komplekslərinin yaradılması üçün İslam İnkişaf Bankından kredit alacaq
# 04 aprel 2011 14:01 (UTC +04:00)
Artıq bu proqram çərçivəsində həyata keçiirləcək meliorasiya işlərinə kreditlərin alınması üçün İslam İskişaf Bankına (İİB) müraciət edilib.

«Meliorasiya və Su Təsərrüfati» ASC-nin sədr müavini Məmmədsadıq Quliyev «APA-Economics»ə bildirib ki, söhbət 100-150 mln. ABŞ dolları məbləğində olan kreditdən gedir: «İndi danışıqlara hazırlıq gedir, dəqiq məğbləğ danışıqlardan sonra müəyyənləşəcək». İlkin məlumatlara görə, İİB bu layihələrə vəsaitin ayırılması ilə bağlı prinsipial razılıq verib.

Artıq aqrar komplekslərin yaradılması nəzərdə tutulan bəzi ərazilər də müəyyənləşib. Kənd Təsərrüfatı Nazirliyi torpaqlardan istifadəyə nəzarət, meliorasiya və təbiətin mühafizəsi şöbəsinin müdiri Qurbanəli Hüseynov bildirib ki, ilkin olaraq belə təsərrüfatların Sabirabad, Saatlı və Biləsuvar rayonları ərazisində yaradılması nəzərdə tutulur. Bu məqsədlər üçün 91,5 min hektar torpaq ayrılıb.

Qeyd edək ki, bu tədbirlər çərçivəsində aqrar komplekslərin yaradılması üçün məqbul sayılan ərazilərin istifadəyə yararlı hala çatdırılması, yəni suvarma sistemi və digər mühüm infrastrukturla təmin olunması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR