Bank Of Baku

Qusarda üzüm bağlarının salınmasına başlanıb

Qusarda üzüm bağlarının salınmasına başlanıb
# 05 aprel 2011 13:25 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) üzümçülüyün inkişafı üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə başlayıb.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Qusar rayonunun Yeni Tahircal kəndində fəaliyyət göstərən «Şimal Kəndli Fermer Təsərrüfatı» MMC-yə məxsus 50 hektar sahədə yeni üzüm bağının salınması üçün SKMF-dan 1,1 mln. manat güzəştli kredit ayrılıb. Bu vəsait hesabına ilkin olaraq Fransadan gətirilmiş yüksək məhsuldarlıqlı «qara pino», «kaberne sovinyon», «saperavi», «şimal saperavisi» və «izabella» növlü 100 minədək üzüm tinginin əkilməsinə başlanıb. Layihə çərçivəsində müasir suvarma sistemlərinin quraşdırılması da nəzərdə tutulur.

Üzüm bağları 3-cü ildən başlayaraq məhsuldarlığa düşəcək və ildə təxminən 3 min ton məhsul verəcək. Bu layihənin reallaşdırılması 35 yeni iş yerinin açılmasına imkan yaradacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR