Bank Of Baku

Hindistan hökuməti Yaponiyadan ərzaq məhsullarının idxalını dayandırıb

Hindistan hökuməti Yaponiyadan ərzaq məhsullarının idxalını dayandırıb
# 07 aprel 2011 08:35 (UTC +04:00)
Bakı - APA-Economics. Hindistan hökuməti Yaponiyadan ərzaq məhsullarının idxalını tamamilə qadağan edib. “APA-Economics”in “BBC News”a istinadən xəbərinə görə, embarqo üç ay davam edəcək.

Buna səbəb Yaponiya sahillərində balıqlarda yüksək radiaktivliyin aşkar olunmasıdır. Martın 15-dən bəri Hindistan alimləri idxal olunan bütün məhsulların radiasiya fonunu ciddi şəkildə yoxlayırlar. Embarqo müddətində onlar Yaponiya məhsullarını tədqiq etməkdə davam edəcəklər.

Hökumətin açıqlamasında qeyd olunur ki, radiaktivlik aşağı düşərsə, qadağa dərhal aradan qaldırılacaq. Əks halda, müddətsiz uzadılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR