Bank Of Baku

Son səkkiz ayda ilk dəfə dünyada ərzaq məhsullarının qiyməti ucuzlaşıb

Son səkkiz ayda ilk dəfə dünyada ərzaq məhsullarının qiyməti ucuzlaşıb
# 07 aprel 2011 12:55 (UTC +04:00)
Bakı - APA-Economics. Son səkkiz ayda ilk dəfə olaraq dünyada ərzaq məhsullarının qiymətində ucuzlaşma qeydə alınıb.

APA-Economics”in AFP-yə istinadən xəbərinə görə, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) açıqlama yayıb.

Açıqlamada bildirilir ki, ötən ilin fevral ayında qeydə alınmış tarixi maksimumla müqayisədə bu ilin mart ayında ərzaq məhsulları 2,9% ucuzlaşaraq 229,8 bəndə enib.

Bununla belə, FAO-da bildirirlər ki, tələsmək lazım deyil: “Bu hələ o demək deyil ki, qiymətlər bundan sonra aşağı enməkdə davam edəcək. Əksinə, qiymətlər yaxın vaxtlarda tarixi maksimuma çata bilər”.

Qeyd edək ki, mart ayında ət və süd məhsulları bahalaşıb, yağ, qənd və düyü isə ucuzlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR