Bank Of Baku

Azərbaycan Baltikyanı kartof sortunun eksperimental əkininə başlayır

Azərbaycan Baltikyanı kartof sortunun eksperimental əkininə başlayır
# 11 aprel 2011 13:42 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) icraçı direktoru Şirzad Abdullayev bildirib.

Onun sözlərinə görə, hazırda tərəvəz (əsasən, kartof və soğan) istehsal olunan regionlarda (Bərdə, Ağcabədi, Tərtər, Fizuli, Gədəbəy və s.) soyuducu anbar komplekslərinin inşası layihələri maliyyələşdirilir və bu istiqamətdə gələcəkdə də işlər davam etdiriləcək: «Kartofun istehsalı üçün yüksək sortlu toxumların Azərbaycana gətirilməsi istiqamətində işlər aparılır ki, sözügedən toxumlar Baltikyanı ölkələrdən gətirilib. Yaxın günlərdə bir neçə rayonlarda sahibkarların köməyi ilə bu toxumların eksperimental əkinini həyata keçirəcəyik. Əkin effektiv olarsa, gələn il bu sortların Azərbaycanda geniş tətbiqinə başlayacağıq. Eksperimental əkinin biri bu həftə Şamaxıda həyata keçiriləcək».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR