Bank Of Baku

Azərbaycan üzümçülüyün inkişafı ilə bağlı araşdırmalar aparır

Azərbaycan üzümçülüyün inkişafı ilə bağlı araşdırmalar aparır
# 11 aprel 2011 14:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyi ölkədə üzümçülüyün gələcək inkişafına dair araşdırmalar aparır. «APA-Economics»in məlumatına görə, bunu Nazirliyin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) icraçı direktoru Şirzad Abdullayev bildirib.

Onun sözlərinə görə, araşdırmaların nəticəsindən asılı olaraq növbəti addımın hansı olacağı müəyyənləşəcək: «Bu gün biz üzümçülük sahəsinin geniş olaraq maliyyələşdirilməsini təşviq edirik. Aprelin 15-də Tovuzda sözügedən sahənin inkişafı istiqamətində layihələrin qəbuluna başlayacağıq. Çalışırıq əsasən regionlarda layihələrin maliyyələşdirilməsini həyata keçirək. Bir neçə layihə artıq Fonda daxil olub və yaxın günlərdə bu layihələrə baxılacaq».

Qeyd edək ki, artıq SKMF üzümçülüyün inkişafı üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə də başlayıb. Belə ki, Qusar rayonunun Yeni Tahircal kəndində fəaliyyət göstərən «Şimal Kəndli Fermer Təsərrüfatı» MMC-yə məxsus 50 hektar sahədə yeni üzüm bağının salınması üçün 1,1 mln. manat güzəştli kredit ayrılıb. Bu vəsait hesabına ilkin olaraq Fransadan gətirilmiş yüksək məhsuldarlıqlı «qara pino», «kaberne savinyon», «saperavi», «şimal saperavisi» və «izabella» növlü 100 minədək üzüm tinginin əkilməsinə başlanıb. Layihə çərçivəsində müasir suvarma sistemlərinin quraşdırılması da nəzərdə tutulur. Üzüm bağları 3-cü ildən başlayaraq məhsuldarlığa düşəcək və ildə təxminən 3 min ton məhsul verəcək. Bu layihənin reallaşdırılması 35 yeni iş yerinin açılmasına imkan yaradacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR