Bank Of Baku

Nazir müavini Bəhram Əliyev: «Azərbaycan kənd təsərrüfatında birlik təsərrüfatlarının yaradılması məqsədəuyğundur»

Nazir müavini Bəhram Əliyev: «Azərbaycan kənd təsərrüfatında birlik təsərrüfatlarının yaradılması məqsədəuyğundur»
# 12 aprel 2011 14:07 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanda «Kooperasiya haqqında» qanunun qəbul edilməsi zəruridir. «APA-Economics»in məlumatına görə, bunu kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev bildirib.

Onun sözlərinə görə, «Kooperasiya haqqında» qanun layihəsi artıq hazırlanıb və Milli Məclisin birinci oxunuşda müzakirəsinə tövsiyə olunub: «Düşünürəm ki, sözügedən qanun layihəsi ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynacayacaq. Ümumiyyətlə, ölkədə birlik təsərrüfatlarının yaradılması vacibdir».

B.Əliyev bildirib ki, 1996-cı ildən sonra Azərbaycanda torpaq islahatları aparılıb və hazırda torpaqların 19,1%-i şəxsi, 21,6%-i bələdiyyə, qalanı isə dövlət mülkiyyətindədir. Nazir müavininin sözlərinə görə, hazırda hər adama 1, 2 və ya 3 hektar torpaq düşür ki, burada kənd təsərrüfatı işlərinin aparılması əlverişsiz hesab olunur. Məhz bunun üçün ölkədə birlik təsərrüfatlarının yaradılması məqsədəuyğun sayılır.

«Hazırda 200 min hektar torpaqdan artıq ərazi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xəritələşdirilir. Yaxın günlərdə konkret layihələrə start veriləcək ki, bura meliorasiya işləri, yeni texnologiya əsasında birlik təsərrüfatlarının yaradılması daxildir. Ümumiyyətlə, yeni texnologiyalar əsasında biz əvvəllər olduğu kimi 220 kq buğda deyil, 90-130 kq civarnıda buğda səpirik. Yeni texnologiya əsasında 2 dəfə toxuma, 2 dəfə suya, 2 dəfə torpaq resursuna, 2,5 dəfə gübrələrə qənaeət etmiş oluruq», - deyə B.Əliyev bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR