Bank Of Baku

SKMF heyvandarlıq komplekslərinin yaradılması məqsədilə 5 investisiya layihəsini maliyyələşdirib

SKMF heyvandarlıq komplekslərinin yaradılması məqsədilə 5 investisiya layihəsini maliyyələşdirib
# 15 aprel 2011 13:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) tərəfindən Azərbaycanda südlük cins iribuynuzlu heyvandarlıq komplekslərinin yaradılması məqsədilə sahibkarlıq subyektlərinin ümumi kredit tələbatı 13,9 mln. manat olan 5 investisiya layihəsi (5 150 başlıq 5 heyvandarlıq kompleksi) güzəştli qaydada maliyyələşdirilib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, 2011-ci ildə güzəştli kreditlər hesabına Kürdəmir rayonunda «Kürdəmir Süd Emalı Zavodu» ASC tərəfindən inşa edilmiş illik emal gücü 8,4 min ton olan süd məhsullarının emalı müəssisəsi və 500 başlıq südlük istiqamətli müasir cins heyvandarlıq kompleksi istifadəyə verilib. Bu layihənin həyata keçirilməsinə Fond tərəfindən 3,2 mln. manat güzəştli kredit verilib.

«Bu gün heyvandarlıq kompleksinə «Aqrolizinq» ASC-nin xətti ilə Almaniyadan 200 baş südlük istiqamətli cins inəklər (Holşteyn-Friz) gətirilib. Bu inəklər yüksək məhsuldarlıqlı olub laktasiya dövründə gündəlik orta hesabla 25-30 litr süd vermə qabiliyyətinə malikdirlər. Müəssisələrdə Almaniyanın GEA və «Strautmana», Hollandiyanın «Conexx» şirkətlərinin istehsalı olan müasir avadanlıqlardan və texnologiyalardan istifadə olunub», - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2010-cu ildə güzəştli kredit hesabına Ağdam rayonunun Əfətli kəndi ərazisində yerləşən «Qara İnək Fermer Təsərrüfatı» MMC-nin 450 başlıq nümunəvi cins heyvandarlıq kompleksi istifadəyə verilib. Fond tərəfindən maliyyələşdirilmiş digər heyvandarlıq komplekslərinin 2011-ci il ərzində istifadəyə verilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR