Bank Of Baku

Azərbaycanda Latviya kartofu və İspaniya soğanı yetişdiriləcək

Azərbaycanda Latviya kartofu və İspaniya soğanı yetişdiriləcək
# 22 aprel 2011 14:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondudan (SKMF) alınmış güzəştli kreditlər hesabına «Sənan-Kənan» MMC tərəfindən Şamaxı rayonunun Qızmeydan kəndi ərazisində 30 hektar sahədə yüksək məhsuldarlığa malik toxumluq kartof, eyni zamanda Beyləqan rayonunun Allahyarlı kəndi ərazisində 30 hektar sahədə baş soğan yetişdiriləcək.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, bu layihənin həyata keçirilməsinə Fond tərəfindən 140 min manat güzəştli kredit vəsaiti ayrılıb.

Artıq Latviyadan 5 növ («Laura», «Maraten», «Finka», «Ariyella» və «Maniton» növləri) birinci reproduksiyalı yüksək keyfiyyətli 60 ton kartof toxumu, Türkiyədən isə yüksək məhsuldarlığa malik olan «Valensiya» (İspaniya) soğan toxumu gətirilib. Layihənin reallaşması nəticəsində təsərrüfatda hər il orta hesabla 1 000 ton kartof (o cümlədən 600 ton toxumluq) və 1 900 ton baş soğan istehsalı mümkün olacaq.

Gətirilmiş məhsuldar toxumlardan həmçinin Gədəbəy, Şəmkir, Tovuz və Göygöl rayonlarında da əkilib. Həmin rayonlarda fəaliyyət göstərən sahibkarlara da yüksək məhsuldarlığa malik toxumların alınması üçün güzəştli kredit ayrılacaq.

Güzəştli kreditləri hesabına toxumçuluğun inkişaf etdirilməsi istiqamətində həyata keçirilən layihələr Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan sahibkarların təbii iqlim şəraitinə uyğunlaşdırılmış, yüksək reproduksiyalı, keyfiyyətli toxumlarla təminatı sahəsində əhəmiyyətli olmaqla yanaşı, həm də yüksək məhsuldarlığa nail olunmasında, əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təminatında əhəmiyyətli olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR