Bank Of Baku

Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanın aqrar sektoruna sərmayə qoyuluşunda maraqlıdır

Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanın aqrar sektoruna sərmayə qoyuluşunda maraqlıdır
# 03 may 2011 09:47 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Azərbaycanın kənd təsərrüfatı sahəsinə investisya yatırmaqda maraqlıdır. «APA-Economics»in məlumatına görə, bunu Bakıda keçirilən Azərbaycan-BƏƏ iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının III iclasında BƏƏ-nin iqtisadiyyat naziri Sultan bin Səid əl Mənsuri bəyan edib.

Onun sözlərinə görə, aqrar məhsulların Azərbaycandan idxal olunması BƏƏ üçün digər ölkələrlə müqayisədə daha sərfəlidir.

Nazir həmçinin Azərbaycan iş adamlarını BƏƏ iqtisadiyyatına sərmayə yatırmağa çağırıb və bildirib ki, hazırda Birləşmiş Əmirliklərdə xarici investisiyaların cəlb edilməsini stimullaşdırmaq məqsədi ilə qanunvericiliyə müvafiq dəyişikliklər edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR