Bank Of Baku

Azərbaycanda kənd təsərrüfatı istehsalı son bir ildə 5% artıb

Azərbaycanda kənd təsərrüfatı istehsalı son bir ildə 5% artıb
# 13 may 2011 14:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin aprel ayında Azərbaycanda yaz-tarla işləri davam etdirilərək may ayının 1-dək 260,7 min hektar sahədə yazlıq bitkilər əkiilib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə ölkədə 20,9 min hektar sahədə dənli və dənli paxlalı bitkilər (qarğıdalısız), 14,2 min hektar sahədə dən üçün qarğıdalı, 53,3 min hektar sahədə kartof, 48,6 min hektar sahədə tərəvəz, 30,2 min hektar sahədə pambiq çiyidi, 20,1 min hektar sahədə bostan bitkiləri, 4,7 min hektar sahədə şəkər çuğunduru, 6,1 min hektar sahədə dən üçün günəbaxan və 550 hektar sahədə tütün əkilib.

«Sahənin heyvandarlıq bölməsində ilin əvvəlindən keçən vaxt ərzində diri çəkidə ət istehsalı 5,7% artaraq 133 min tona, süd istehsalı 8,1% artaraq 497,8 min tona çatıb, yumurta istehsalı isə 14% azalaraq 343,7 mln. ədəd təşkil edib. Bitkiçilik məhsullarından 31,9 min ton və ya 17% çox tərəvəz, 70 ton kartof istehsal edilib», - deyə Komitədən bildirilib.

Ümumiyətlə, hesabat dövründə 2010-cu ilin yanvar-aprel ayları ilə müqayisədə bitkiçilik məhsulları istehsalı 10,5%, heyvandarlıq məhsulları istehsalı 5%, kənd təsərrüfatının ümumi məhsulu isə 5,2% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR