Bank Of Baku

BMT: “Azərbaycanın əkin sahələrinə çəyirtkə hücumu gözlənilir”

BMT: “Azərbaycanın əkin sahələrinə çəyirtkə hücumu gözlənilir”
# 20 may 2011 08:13 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Mərkəzi Asiya, Şimali və Cənubi Qafqaz ölkələrində çəyirtkə hücumu faktlarından narahatlığını ifadə edib. APA-nın məlumatına görə, FAO-nun çəyirtkə hücumuna qarşı mübarizə üzrə mütəxəssisi Enni Monar bildirib ki, bu təhlükə ilə bağlı risk zonasına Ermənistan, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan və Əfqanıstan daxildir. Onun sözlərinə görə, bu təhlükəyə qarşı lazımi tədbirlər görülməsə, kənd təsərrüfatı sektoruna ciddi ziyan dəyəcək. FAO bu ölkələrdə 25 milyon hektar əkin sahəsini çəyirtkə hücumundan qorumağa yardım edəcəyini bildirib. Bununla bağlı hazırlanan proqram çəyirtkə hücumuna çevik reaksiya göstərməyi və bu təhlükənin qarşısını almağı nəzərdə tutur. ABŞ Beynəlxalq İnkişaf Agentliyi bu proqramın icrasına 1,6 milyon dollar vəsait ayırıb. Hazırda layihəni dəstəkləmək niyyətində olan Rusiya, Fransa, Türkiyə ilə danışıqlar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR