Kənd təsərrüfatı naziri Bərdə və Tərtər rayonlarında olub
Bərdə. Teymur Zahidoğlu - APA. Kənd təsərrüfatı naziri İsmət Abasov bu gün Bərdə və Tərtər rayonlarında səfərdə olub. APA-nın Qarabağ bürosunun məlumatına görə, nazir sözügedən rayonlarda taxılçılıq üzrə yeni yaradılmış toxumların səpildiyi sahələrlə tanış olub, məhsul verməkdə olan zəmilərin mövcud vəziyyəti ilə yaxından maraqlanıb.
Daha sonra isə İ.Abasov Tərtər rayonu ərazisində taxılçılıq üzrə Bölgə Təcrübə Stansiyasında respublikanın 10-a yaxın kənd rayonundan olan toxum müfəttişləri, bitki mühafizə stansiyalarının rəisləri və taxıl toxumçuluğu ilə məşğul olan fermerlərlə görüşüb.
Nazir bölgəyə səfəri çərçivəsində “Suvarılan şəraitdə dənli bitkilərin yeni sortlarının yaradılması və toxumçuluğun təşkili”nə dair ümumrespublika tarla seminar müşavirəsi keçirib. Tədbirdə kənd təsərrüfatının müxtəlif sahələrində fəaliyyət göstərən fermerlərlə və mütəxəssislərlə əkinçilik, çəmənçilik, otlaqlar, pambıqçılıq və heyvandarlıq məsələləri müzakirə olunub.
Jurnalistlərin suallarını cavablandıran İsmət Abasov kənd təsərrüfatı sahəsində mövcud olan problemlərdən söz açıb. Əsas çətinliklərdən biri kimi ölkədə gübrənin vaxtında fermerlərə çatdırılmadığını və ya onun normativ əsasında torpağa verilmədiyini deyən nazir bildirib ki, “Aqroservis”lərdən vaxtında gübrə ala bilməyən fermerlərə bu istiqamət üzrə fəaliyyət göstərən özəl şirkətlər gübrəni baha qiymətə sata bilməzlər. Çünki Nazirlər Kabinetinin qərarına görə ölkəyə satış məqsədi ilə gübrə gətirən bütün hüquqi və fiziki şəxslər bu növ məhsulu yalnız güzəştli qiymətlərlə sata bilər.
Kənd təsərrüfatı kadrlarının çatışmazlığına dair sualı cavablandıran İ. Abbasov deyib ki, həqiqətən SSRİ dağıldıqdan sonra 1990-cı illərin əvvəllərində kənd təsərrüfatı sahəsi acınacaqlı vəziyyətə salınıb: “Ancaq bu sahənin inkişafına start verildikdən sonra ölkə başçısının göstərişi ilə kənd təsərrüfatı kadrlarının hazırlanması üçün Aqrar Universitet yaradılıb və hazırda həmin təhsil ocağının xeyli sayda məzunu ixtisasları üzrə yerləşdirilir”.
Respublikanın ayrı-ayrı rayonlarında qeydə alınan quduzluq xəstəliyi faktına gəlincə, kənd təsərrüfatı naziri bunu kütləvi xəstəlik kimi qələmə verməyin düzgün olmadığını bildirib: “Bu cür halların artmasına səbəb işğal altında olan ərazilərdən axışıb gələn vəhşi çöl heyvanlarının sayının sürətlə artmasıdır. Hazırda həmin ərazilərdə yaşayan və sürətlə artan heyvanlar nəzarətdən kənardadır və ermənilərin nəzarətində olan ərazilərdə törədilən yanğınlar həmin canlıların sürətlə yaşayış yerini dəyişib həyat olan məntəqələrə soxulmasına gətirib çıxarır. Buna görə də dinc sakinlərin yaşadığı ərazilərə gələn heyvanlar təbii ki, özləri ilə bir çox yoluxucu xəstəliklər gətirir ki, bunlardan da ən təhlükəlisi və geniş yayılanı quduzluq xəstəliyidir. Bu problemin aradan qaldırılması bütün əlaqədar qurumların birgə iş aparmasından asılıdır”.
İ.Abasov vaxtaşırı keçirilən kənd təsərrüfatı yarmarkalarında xaricdən gətirilən məhsulların yerli malları üstələməsinə belə münasibət bildirib: “Kənd təsərrüfatı naziri olaraq bütün Azərbaycan xalqına xarici məhsulları deyil, yerli malları almağı məsləhət görürəm. Çünki Azərbaycan istehsalı olan bütün növ meyvə-tərəvəz və bostan bitkiləri ekoloji cəhətdən xarici mallardan keyfiyyətli olur”.
Aqrar-sənaye kompleksi
“AzerGold” Zəfər Günü münasibətilə sosial aksiyalar təşkil edib
ABB-nin dəstəyi ilə bir gündə 1250 ağac əkilib
“AzInTelecom” əməkdaşları Ağdamda 300 ağac əkiblər - FOTO - VİDEO
Unibank ağacəkmə kampaniyasında iştirak edib
Xəbər Lenti
CNN: Tramp administrasiyasının Rusiya ilə əməkdaşlığı Qərbin Moskvaya təzyiqini zəiflədir
Times: Britaniyada deportasiya qərarı verilmiş 20 minə yaxın əcnəbi cinayətkar qalır
Tramp: Ukrayna ilə bağlı razılaşmaya çox yaxınıq
Sandu: Moldova Rusiya qazından tamamilə imtina edib
"Nvidia" rəhbəri casusluqda şübhəli bilinən qadınla münasibətinə görə araşdırmaya cəlb olunub
Tramp öldükdən sonra cənnətə düşəcəyinə ümid edir
Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur
Rubio Əbu-Dabi danışıqlarından gözləntiləri və əsas müzakirə mövzusunu açıqlayıb
Əbu-Dabidə keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyətinin tərkibi məlum olub
Tramp miqrantların deportasiyası siyasətinin həddindən artıq sərt olduğunu etiraf edib
“Qalatasaray”ın keçmiş futbolçusu Cevad Prekazi vəfat edib
Tramp: İranın Xəzər dənizi vasitəsilə silah daşınmasının qarşısını almaq üçün xüsusi qrup fəaliyyətə başlayıb
Gəncədə 41 yaşlı kişi bıçaqlanıb
Almaniyada tələbələr noyabrın 20-də kütləvi tətil keçirməyi planlaşdırırlar
İstanbul ve Bursada tarixi tikililər Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
Rusiya bir gündə Ukraynaya məxsus 50 PUA-nın vurulduğunu açıqlayıb
Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə videoçarx paylaşılıb - VİDEO
Azərbaycanda Dövlət Bayrağı Günüdür
İranın Qeşm adasında 4 partlayış baş verib
İsraildə ərəb partiyaları Ayzenkotla əməkdaşlığa hazır olduqlarını açıqlayıblar
Dublində avtomobil yeniyetmələrin üzərinə sürülüb, 8 nəfər xəsarət alıb
İran ABŞ-la təmasların dayandırılmasının səbəbini açıqlayıb
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub
Tramp: İranla genişmiqyaslı müharibənin yenidən başlaması ehtimalı azdır
ABŞ Konqresində demokratların lideri Pentaqon rəhbərinin impiçmentini dəstəkləyib
Al Arabiya: İraq nümayəndə heyəti ABŞ-ın mesajını İrana çatdırıb
Əraqçi: İran ABŞ-a Hörmüz boğazı ilə bağlı şərt qoyub
Naxçıvanda Zəfər Gününün 6 illiyi münasibətilə konsert və atəşfəşanlıq təşkil olunub
Xankəndidə Zəfər Günündə bayram konserti keçirilib - FOTO
İsrail Prezidenti Qadi Ayzenkota hökuməti formalaşdırmaq mandatı verib
Bakıda Zəfər Günü münasibətilə keçirilən konsert möhtəşəm atəşfəşanlıqla başa çatıb - FOTO
Hulusi Kılıç: Ərdoğan və Əliyevin Şuşadan verdiyi qardaşlıq mesajı bütün Türk dünyasının qürurudur
Misirdə sərnişin qatarlarının toqquşması nəticəsində ölənlərin sayı 7-yə çatıb - YENİLƏNİB
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Türkiyə mediası: Prezident İlham Əliyev COP31 sammitində iştirak edəcək
İstanbulda “15 Temmuz” körpüsündə Azərbaycan bayrağı proyeksiya olunub
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər
Azərbaycan və Türkiyə prezidentləri Xocalı şəhərində Xocalı Soyqırımı Memorialını ziyarət ediblər - FOTO - YENİLƏNİB
Yeni Zelandiyada parlament seçkilərinin qalibi müəyyənləşməyib
Türkiyə Super Liqası: “Fənərbaxça” səfərdə böyük hesablı qələbə qazanıb
Prezident İlham Əliyevin sosial media hesablarında Türkiyə Prezidenti ilə Şuşada görüşünə dair videoçarx paylaşılıb - VİDEO
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır - FOTO
İranda partlayışlar baş verib, Hörmüz boğazında gəmilərə hücum edilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO - VİDEO - YENİLƏNİB
Qazaxda yük avtomobilinin sürücüsü sükan arxasında ölüb
İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolu layihəsi üzrə sazişi təsdiqləyib