Bank Of Baku

«Azersun Holding» Kuban Aqrar Universiteti ilə əməkdaşlıq edəcək

«Azersun Holding» Kuban Aqrar Universiteti ilə əməkdaşlıq edəcək
# 31 may 2011 07:26 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanın ən böyük ərzaq və kənd təsərrüfatı məhsulları istehsalçısı olan «Azersun Holding» şirkəti ilə Rusiyanın Kuban Dövlət Aqrar Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.

Şirkətdən «APA-Economics»ə bildirilib ki, memoranduma əsasən, «Azersun Holding» və universitet kənd təsərrüfatı sahəsində əldə etdikləri təcrübi biliklərin, elmi yeniliklərin tətbiq olunması istiqamətində əməkdaşlıq edəcək. Qarşılıqlı təcrübə mübadiləsinin aparılması üçün birgə elmi araşdırma layihələri həyata keçiriləcək. Bu məqsədlə təşkil olunmuş təntənəli mərasimdə Krasnodar vilayətinin vitse-qubernatoru, Kuban Dövlət Aqrar Universitetinin rektoru, elm ictimaiyyətinin nümayəndələri iştirak edib. Tədbirdə çıxış edən «Azersun Holding»in İdarə Heyətinin sədri Abdulbari Qoozal bu kimi layihələrin Azərbaycanla Rusiya arasında dostluq əlaqələrinin daha da genişlənməsinə töhfə olduğunu bildirib. A.Qoozal qeyd edib ki, Azərbaycan şirkətlərinin imkanlarının genişlənərək müxtəlif ölkələrə sərməyə qoyması, prezident İlham Əliyevin apardığı uğurlu iqtisadi siyasət nəticəsində mümkün olub. Tədbirdə Abdulbari Qoozala Kuban Dövlət Aqrar Universitetinin fəxri doktoru adı verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR