Bank Of Baku

Rusiya Avropa İttifaqı ölkələrindən tərəvəz idxalına qadağa qoyub

Rusiya Avropa İttifaqı ölkələrindən tərəvəz idxalına qadağa qoyub
# 02 iyun 2011 07:43 (UTC +04:00)
Bakı - APA-Economics. Rusiya bütün Avropa İttifaqı (Aİ) ölkələrindən təzə tərəvəzin idxalına müvəqqəti qadağa qoyub.

APA-Economics”in “İnterfax”a istinadən xəbərinə görə, bu barədə Rusiya İstehlakçıların Hüquqlarının Müdafiəsinə Nəzarət üzrə Federal Xidmətinin (“Rospotrebnadzor”) rəhbəri, ölkənin baş sanitar həkimi Gennadi Onişenko açıqlama verib.

Onun sözlərinə görə, qadağa bu gündən etibarən qüvvəyə minir və artıq bununla bağlı Federal Gömrük Xidmətinə müvafiq məktub göndərilib: “Bu ölkələrdən idxal olunmuş təzə tərəvəzlər bütün Rusiya ərazisində satışdan çıxarılacaq”.

Qeyd edək ki, Aİ ölkələrindən Rusiyaya təzə tərəvəzin idxalına qadağa qoyulmasına səbəb bu ölkələrdə bağırsaq infeksiyasının yayılmasıdır. Almaniyada İspaniyadan idxal olunmuş xiyardan zəhərlənib ölənlərin sayı, bəzi məlumatlara görə, 2 nəfərdən 12 nəfərə qədər dəyişir. Çexiya, Avstriya və İsveçrədən də oxşar simptomlarla zəhərlənməyə dair xəbərlər gəlir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR